Rusiya Prezidenti Vladimir Putin hələ türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təmasları planlaşdırmır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hələlik təmaslar planlaşdırılmır", Kremlin sözçüsü Rusiyanın taxıl sazişindən çıxmasından və digər hadisələrdən sonra Putinin qrafikində Ərdoğanla təmasların olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
///Apa