Kreml: Putin Ukrayna ilə bağlı bəzi danışıqları bərpa etməyə hazırdır

Kreml: Putin Ukrayna ilə bağlı bəzi danışıqları bərpa etməyə hazırdır
DÜNYA
16:27 03.12.2025
66
Kreml sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoymağa yönəlmiş bəzi ABŞ təkliflərini qəbul etdiyini və Rusiyanın razılığa gəlmək üçün ABŞ danışıqçıları ilə görüşməyə hazır olduğunu bildirib.
 
AZXEBER.COM cxarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dünən Moskvada ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkov və Trampın müşaviri və kürəkəni Cared Kuşner ilə Ukrayna üçün sülh planını müzakirə etmək üçün görüşüb.

Bir neçə saat davam edən görüşdən sonra Kreml sözçüsü Dmitri Peskov bu gün keçirilən mətbuat konfransında görüş və ABŞ-nin Ukrayna ilə bağlı təklifləri ilə haqda danışıb.
 
Peskov qeyd edib ki, Rusiya vitse-prezidenti görüşü "çox faydalı və konstruktiv" adlandırıb, lakin ərazi məsələsində heç bir razılaşma əldə olunmayıb.
 
Putinin ABŞ təkliflərini rədd etməsi ilə bağlı suala cavab olaraq Peskov deyib: "Bu, doğru deyil. Dünən ilk birbaşa fikir mübadiləsi oldu. Bəzi təkliflər qəbul edildi, digərləri isə qəbuledilməz olduğu vurğulandı. Bu, razılığa gəlmək üçün normal iş prosesidir". Peskov əlavə edib ki, "ABŞ Ukrayna müharibəsinə son qoymağa yönəlmiş bəzi təklifləri qəbul edib və Rusiya razılığa gəlmək üçün ABŞ danışıqçıları ilə görüşməyə hazırdır".
 
Gülay
OXŞAR XƏBƏRLƏR