Kreml: Putinin Xersona səfəri dünən olub

Kreml: Putinin Xersona səfəri dünən olub
DÜNYA
18:46 18.04.2023
251
Vladimir Putinin Xersona səfəri dünən baş tutub.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, səfərin başqa vaxta təsadüf etməsi ilə bağlı ehtimallar yanlışdır.

"Xerson bölgəsinə səfəri zamanı Putinin Pasxa bayramını xatırlatması səfərin aprelin 17-dən tez baş verdiyi anlamına gəlmir, Pasxa 40 gün davam edir", - deyə Peskov vurğulayıb.

Prezidentin sözçüsü bildirib ki, Vladimir Putin üçün yeni regionlara səfər etmək, qərargahlarda yoxlamalar aparmaq və xüsusi əməliyyatın gedişi barədə yerində məlumat almaq vacibdir.

Dmitri Peskov Vladimir Putinin Xerson və Donetsk istiqamətində RF Silahlı Qüvvələrinin vəziyyətindən razı olub-olmaması ilə bağlı suala isə belə cavab verib: "Qoşunların olduğu regionlara belə səfərlərə gəlincə, bu, Ali Baş Komandanın adi işidir. Qoşunların vəziyyətinin qiymətləndirilməsinə gəlincə, bu, Müdafiə Nazirliyinin səlahiyyətindədir. Bizim burada hər hansı bir məlumat verməyə ixtiyarımız yoxdur".
 
///APA
OXŞAR XƏBƏRLƏR