Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında rəsmi olaraq elan edilənlərdən başqa təmaslar da ola bilər.
"Report”un məlumatına görə, bunu Rusiya rəhbərinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
Jurnalist qeyd edib ki, Ağ Ev rəhbərinin açıqlamalarına diqqət edilsə, liderlər arasında ikidən çox telefon danışığı ola bilərdi.
"Biz bildiklərimiz barədə məlumat veririk, amma digər bütün məsələləri də istisna etmirik”, - Kremı rəsmisi jurnalistin sözlərinə cavabında söyləyib.