Kreml: Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir

Kreml: Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir
SİYASƏT
13:37 11.10.2023
233
Qarabağ de-fakto və de-yure Azərbaycanın ərazisidir.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

O, Qarabağdakı Rusiya sülhməramlıları məsələsinin İrəvanla müzakirə olunmadığını söyləyib: "Qarabağdakı Rusiya sülhməramlıları məsələsi İrəvanla müzakirə olunmayıb. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir".

Peskov vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq: "Lakin Ermənistanla təmaslar davam edəcək", deyə Kreml rəsmisi qeyd edib.
OXŞAR XƏBƏRLƏR