Kreml rəsmisi: "Biz Ukrayna ilə bağlı sülh təkliflərimizi ləğv etməmişik"

DÜNYA
15:40 19.08.2024
124
Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Ukrayna ilə bağlı sülh təkliflərini ləğv etmədiklərini, lakin Kurskdakı vəziyyətə görə hazırkı mərhələdə danışıqlar apara bilmədiklərini bildirib.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Uşakov rusiyalı jurnalistlərə açıqlama verərkən deyib.

Rusiya ilə Ukrayna arasında danışıqların mümkün olub-olmaması ilə bağlı sualı cavablandıran Uşakov Ukrayna qoşunlarının avqustun əvvəlində Kursk bölgəsinə daxil olduğuna diqqət çəkib və deyib:

"İndiki mərhələdə sözügedən avantüranı (Kurskdakı vəziyyəti) nəzərə alaraq, danışıqlar aparmayacağıq. Bizim sülh təklifimiz ləğv edilməyib. Hazırda danışıqlar aparmaq məqsədəuyğun deyil".

"Washington Post” qəzetinin "Ukrayna ordusunun Kursk bölgəsinə daxil olması Kiyev və Moskva arasında Qətərdə aparılan birbaşa danışıqları pozdu” iddiasına isə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Heç kim heç nəyi pozmayıb, çünki pozula biləcək heç nə yoxdur. Rəsmi Kreml və Kiyev iki ölkə arasında mülki infrastrukturun vacib elementlərinin təhlükəsizliyi ilə bağlı birbaşa və ya dolayı danışıqlar aparmayıb", - deyə cavab verib.

Qeyd edək ki, avqustun 6-da Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsinə daxil olması ilə şiddətli toqquşmalar başlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR