Kreml: Rusiya Ukraynaya 6 mindən çox meyiti təhvil verib

Kreml: Rusiya Ukraynaya 6 mindən çox meyiti təhvil verib
DÜNYA
15:11 16.06.2025
383
Rusiya Ukraynaya ümumilikdə 6 060 Ukrayna Silahlı Qüvvələri zabit və əsgərinin meyitini təhvil verib.

AZXEBER.COM report-a istinadən xəbər veror ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

"Qarşı tərəfdən 78 hərbçimizin meyiti alınıb", - o, teleqram kanalında yazıb.

V.Medinski vurğulayıb ki, əsirlərin mübadiləsi də davam edir, cəbhə xəttindən ağır yaralıların təcili tibbi təxliyəsi təşkil edilib.

Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, rəsmi Kreml hazırkı mərhələdə Ukraynaya daha 2 239 hərbçinin meyitini təhvil verməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR