Kreml: "Rusiya və Ukrayna prezidentləri görüşə bilər"

Kreml: "Rusiya və Ukrayna prezidentləri görüşə bilər"
SİYASƏT
14:45 11.03.2022
385
Kreml Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir, lakin görüş nəticə çıxarmaq üçün olmalıdır. 

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Heç kim Putinlə Zelenskinin görüşünün mümkünlüyünü istisna etmir. Bəli, doğrudan da, bu, konseptual olaraq mümkündür", - Kreml sözçüsü bildirib.
Eyni zamanda o, xəbərdarlıq edib ki, "birincisi, həm nümayəndə heyətləri, həm də nazirlər üzərinə düşəni etməlidir ki, prezidentlər proses və söhbət xatirinə deyil, nəticə üçün görüşsünlər”. "Rusiya tərəfinin mövqeləri məlumdur, onlar aydın şəkildə formalaşdırılıb və Ukrayna danışıqlarının iştirakçılarının diqqətinə çatdırılıb. Biz qarşılıqlı mülahizələri gözləyirik", - Peskov bildirib.
OXŞAR XƏBƏRLƏR