Sankt-Peterburqdakı partlayış terror aktıdır.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, istintaqın aktiv mərhələsi davam edir: "Şübhəlilərin saxlanılması üçün enerjili addımların atıldığını görürük".
Peskov dünən hadisə barədə dərhal Prezidentə məlumat verildiyini də söyləyib:
"Kiyev rejimi terror aksiyalarını dəstəkləyir və 2014-cü ildən bəri bir çox digər insanlar kimi Vladlen Tatarskinin qətlinin arxasında ola bilər - buna görə də xüsusi əməliyyat keçirilir", Kremlin sözçüsü vurğulayıb.
///APA