"Sarmat” qitələrarası ballistik raketinin buraxılması məsələsinə münasibət bildirmək Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Qeyd olunub ki, Peskov bunu "Sarmat” ballistik raketinin buraxılması ilə bağlı KİV-də dərc olunan xəbərləri şərh edərkən bildirib.
Xatırladaq ki, CNN telekanalı öz mənbələrinə istinadən Rusiyanın "Sarmat" qitələrarası ballistik raketini sınaqdan keçirdiyini və bunun uğursuz olduğunu bildirmişdi.