Kremldən İrəvanın KTMT qərarına dərhal REAKSİYA

Kremldən İrəvanın KTMT qərarına dərhal REAKSİYA
DÜNYA
13:44 24.08.2026
280
Kreml Ermənistanın KTMT-dən çıxması və Aİ-yə üzvlük niyyəti ilə bağlı açıqlama verib.

AZXEBER.COM Modern.az istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın KTMT-dən çıxmaq qərarını özü verə biləcəyini bildirib.

Peskov qeyd edib ki, Ermənistan KTMT-də üzvlüyə artıq ehtiyac duymadığını düşünürsə, təşkilatı tərk etmək qərarını qəbul etməkdə sərbəstdir.

"Əgər Ermənistan KTMT-yə üzvlüyə artıq ehtiyac duymursa, o zaman müvafiq qərarı qəbul edib təşkilatdan çıxa bilər”, - deyə Peskov bildirib.

Ermənistanın Avropa İttifaqına üzvlük üçün müraciət prosesinə başlamaq niyyətinə də münasibət bildirən Kremlin sözçüsü Türkiyənin təcrübəsini xatırladıb.

Peskov qeyd edib ki, Türkiyənin Aİ-yə üzvlük müraciəti uzun illərdir nəticəsiz qalır.

Beləliklə, Kreml İrəvanın KTMT-dən mümkün çıxışına qarşı birbaşa etiraz etməsə də, Ermənistanın Aİ-yə inteqrasiya planlarının tezliklə reallaşacağına şübhə ilə yanaşdığını nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR