Türkiyədə Prezidentliyə namizəd Kemal Kılıçdaroğlunun "Rusiya Türkiyədəki seçkilərə müdaxilə edir” iddialarına Kremldən cavab gəlib.
AZXEBER.COM Kremlin bəyanatını təqdim edir.
"Rusiyanın Türkiyədəki seçkilərə müdaxiləsi ilə bağlı iddiaları kimin irəli sürdüyünü bilmirik. Moskva prezidentliyə namizəd Kılıçdaroğlunun iddialarını rədd edir. Əgər kimsə ona belə bir məlumat veribsə, o, yalançıdır”, - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, CHP sədri Kemal Kılıçdaroğlu açıqlamasında "Əziz rus dostlar, dünən bu ölkəyə səpələnmiş montajların, süjetlərin, dərin saxta məzmunların, kasetlərin arxasında siz dayanırsınız. Mayın 15-dən sonra dostluğumuzun davam etməsini istəyirsinizsə, əlinizi Türkiyə dövlətindən çəkin”, - deyə bildirmişdi.
Ayşən