“Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbərinə cinayət işi açıldı

“Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbərinə cinayət işi açıldı
SOSİAL
17:07 05.11.2020
492

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə ifşa edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş Prokurorluqdan AZXEBER.COM-a verilən məlumata görə, həyata keçirilən bu tədbirlərin davamı kimi, "Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Martoyan Armen Hamletoviç (Samvel) və digərlərinin Azərbaycan Respublikasına qarşı törətdiyi cinayət əməllərinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunda toplanmış material üzrə araşdırma aparılıb.

Araşdırmalarla qeyd olunan "Krım könüllüləri birləşməsi” adlı qrupun rəhbəri olan Rusiya Federasiyasının vətəndaşı Martoyan Armen Hamletoviç (Samvel ləqəbli) və həmin qruplaşmanın digər üzvlərinin 2020-ci ilin oktyabr ayında Ermənistanda və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində olan şəxslərlə, həmçinin qondarma "Dağlıq Qarabağ” rejiminin rəhbər şəxsləri ilə görüşüb döyüş əməliyyatlarında iştiraklarına dair müzakirələr aparmaqla cinayət əlaqəsinə girmələri, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın rəhbərliyi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, cinayətkar birlik üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, döyüş əməliyyatlarında iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Hal-hazırda qeyd edilən cinayət işi ilə əlaqədar Baş Prokurorluq tərəfindən Rusiya Federasiyasının aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatət hazırlanır.

Baş Prokurorluq bəyan edir ki, qeyd edilən və bu kimi digər cinayət faktlarına görə təqsirkar şəxslərin beynəlxalq hüquq normalarına əsasən məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlər görülməklə beynəlxalq təşkilatlara müraciət edilməsi təmin ediləcəkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı