Krım Moskva saatına keçdi

Krım Moskva saatına keçdi
DÜNYA
10:40 31.03.2014
897

Rusiyanın tərkibinə keçən bu gündən Krım Moskva vaxtı ilə yaşamağa başladı.

AZXEBER.COM xəbər verir ki, ötən gecədən etibarən Krımın ərazisində olan saatların əqrəbləri Moskva saatına uyğun olaraq qurulub.Krımın Dövlət Şurasının mətbuat xidmətindən isə bunu belə izah ediblər ki, Krım Respublikasının Dövlət Şurasının 7 mart tarixində qəbul etdiyi qətnaməyə əsasən, 2014-cü ilin 30 martından etibarən Krımın ərazisində olan dəmir yolunun , su, hava, şəhərlərarası avtomobil və ictimai nəqliyyatın hərəkəti, həmçinin telefon, teleqraf əlaqələri Moskva vaxtına uyğun olaraq həyata keçirilir.Moskva saatına keçdiklərinə görə sevinən bir qrup Simferopol sakini isə dəmir yolu ərazisində bayram keçiriblər.

OXŞAR XƏBƏRLƏR