Kriminal avtoritet “Rəşad Gəncinski”yə qarşı ittiham irəli sürüldü

Kriminal avtoritet “Rəşad Gəncinski”yə qarşı ittiham irəli sürüldü
KRİMİNAL
17:44 12.07.2021
1013
Cinayət aləmində "Rəşad Gəncinski” kimi tanınan kriminal avtoritet Rəşad İsmayılova qarşı Moskvada ittiham irəli sürülüb.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsinin nümayəndəsi Yuliya İvanova bildirib ki, R.İsmayılov Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayətkar ierarxiyada yüksək post tutmaq) ilə ittiham olunur.

Y.İvanovanın sözlərinə görə, R.İsmayılovun 2013-cü ildən başlayaraq 7 il ərzində "qanuni oğru” olduğu müəyyən edilib, bu səbəbdən də ona qarşı 210.1-ci maddə üzrə ittiham elan olunub. Eyni zamanda istintaq nəticəsində onun 2009-cu ildə törədilmiş qətllə əli olduğu müəyyənləşib.

Bununla əlaqədar R.İsmayılova qarşı Rusiya Cinayət Məcəlləsinin 105-ci (qətl) və 222-ci (qanunsuz silah dövriyyəsi) maddələri üzrə ittiham irəli sürülüb.

Müəyyən edilib ki, 2009-cu il mayın 13-də axşam R.İsmayılov cinayət ortaqları ilə birgə Moskvanın İsmaylovsk şossesindəki kafelərdən birinə gələrək avtomobilə odlu silahdan atəş açıb, nəticədə iki kişi öldürülüb.

İstintaqın versiyasına görə, R.İsmayılov öldürdüyü şəxsləri yaxın tanışlarının qətlində günahkar hesab edərək bu əməli törədib.

İstintaq hazırda "Rəşad Gəncinski”nin Rusiya paytaxtında digər cinayət əməllərinin olub-olmadığını araşdırır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tarixdə bu gün - 21 avqust nə günüdür?
14:22 21.08.2025
Tarixdə bu gün - 21 avqust nə günüdür?
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu