“Kristal Abşeron”da faciə - Fəhlə öldü

“Kristal Abşeron”da faciə - Fəhlə öldü
SOSİAL
13:12 09.06.2017
823
Səbail rayonuda tikilməkdə olan binada fəhlənin başına taxta parçası düşüb.
 
AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Salyan yolu 22-də yerləşən "Kristal Abşeron” MMC-yə aid tikilidə baş verib. Güclü külək nəticəsində taxta parçası orada işləyən Tovuz rayon sakini, 1997-ci il təvəllüdlü Nizaməddin Adil oğlu Məmmədovun başına düşüb. 20 yaşlı işçi oradaca vəfat edib. 
OXŞAR XƏBƏRLƏR