“Kristal Bakı” ASC 2022 və 2023-cü il üzrə mənfəətini açıqladı

“Kristal Bakı” ASC 2022 və 2023-cü il üzrə mənfəətini açıqladı
İQTİSADİYYAT
11:48 24.08.2024
449
"Kristal Bakı” ASC-nin audit yoxlamasını aparmış müstəqil audit təşkilatı audit yoxlamasının nəticəsini tərtib edərək "Kristal Bakı” ASC-ə və rəsmi dövlət qurumlarına təqdim etmişdir.
 
Hər bir peşəkar maliyyəçinin bildiyi kimi tikinti-quraşdırma işləri yekunlaşmamış tikili, bina, mənzil və yaxud hər hansı bir daşınmaz əmlakın satışından gəlir IFRS-in (Beynəlxalq Maliyyə Hesabatı Standartları) təyin etdiyi standartlara əsasən sözügedən daşınmaz əmlakın tikintisi başa çatıb təhvil verildikdən sonra rəsmi olaraq tanınır. Buna görə də həmin hesabatlarda gəlir tanınmamış və inzibati xərclər zərər kimi əks etdirilmişdir.

”Kristal Bakı” ASC-nin Mənfəət vergisi bəyannaməsi əsasında "Vergitutma məqsədləri üçün mənfəəti” müvafiq olaraq 2022-ci il üzrə 1.918.613,47 AZN (Azərbaycan manatı), 2023-cü il üzrə isə 12.725.488,34 AZN (Azərbaycan manatı) olmuşdur. Bu da Dövlət Vergi Xidmətinin portalında əks etdirilmiş və buna görə yaranan mənfəət vergisi dövlət büdcəsinə ödənmişdir. Bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən götürülmüşdür.
 
Vergi Məcəlləsinin 130.6-cı maddəsində qeyd edilmişdir ki, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir”. Burdan bu nəticəyə gəlmək olur ki, "Kristal Bakı” ASC 2022 və 2023-cü il üzrə fəaliyyət dövrünü mənfəətlə başa vurmuşdur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Krımda Rusiyanın 5 qırıcısı vurulub
16:12 04.08.2025
Krımda Rusiyanın 5 qırıcısı vurulub
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
15:53 04.08.2025
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən Kapital Bank liderlər yetişdirir
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
15:33 04.08.2025
Dörd ay əvvəl təyin olunan rəislər işdən çıxarıldı
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
15:15 04.08.2025
Ölkədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət necədir? - RƏSMİ
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
15:14 04.08.2025
Dilarə Kazımova parlamaq istəyən xanımlara mahnı həsr etdi - VİDEO
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
15:09 04.08.2025
AHİK-in “Abşeron” mədə-bağırsaq təyinatlı sanatoriyasına mediatur təşkil olunub
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO