Kriştiano Ronaldo Bakıya gəlir

İDMAN
10:34 07.08.2023
219
Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo Azərbaycana gələcək.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Ən-Nəsr” klubunda çıxış edən 38 yaşlı hücumçu Bakıya səfər edəcək.

Ronaldo şirkətlərdən birinin reklam siması olacaq. Ulduz futbolçu ilə görüş və korporativ imza mərasiminin keçirilməsi planlaşdırılır. Artıq tərəflər bütün detalları razılaşdırıblar, müqavilə hazırlanıb.

Səfərin dəqiq tarixi hələlik açıqlanmır.

OXŞAR XƏBƏRLƏR