Kriştiano Ronaldo: "Tarixin ən yaxşısı mənəm"

İDMAN
04:08 04.02.2025
278
"Əl-Nəssr"in ulduz hücumçusu Kriştianu Ronaldu özünü futbol tarixinin ən yaxşısı hesab edir.

AZXEBER.COM xəbər verir ki, portuqaliyalı hücumçu bu barədə xarici mətbuata açıqlamasında bildirib. O, insanların fərqli oyunçulara üstünlük verməsinə hörmətlə yanaşdığını, lakin özünü tarixin ən hərtərəfli futbolçusu hesab etdiyini vurğulayıb:

"Tarixin ən hərtərəfli futbolçusu mənəm. İnsanlar Messini, Maradonanı, Peleni bəyənə bilər, buna hörmət edirəm. Amma məndən daha hərtərəfli bir futbolçu yoxdur. Baş zərbələrində yaxşıyam, cərimə zərbələrində yaxşıyam. Hər iki ayağımdan istifadə edə bilirəm, sürətliyəm, güclüyəm. İndiyə qədər məndən daha hərtərəfli futbolçu görməmişəm. Bu səbəbdən də tarixin ən yaxşısı mənəm. Statistikalar da bunu sübut edir".

Qeyd edək ki, Ronaldo karyerası ərzində beş dəfə "Qızıl top" mükafatını qazanıb, Çempionlar Liqası tarixinin bombardiri və Portuqaliya millisinin ən çox qol vuran futbolçusudur.
 
Zəfər Hacılı

OXŞAR XƏBƏRLƏR