Dünyanın ən yaxşı futbolçularından biri hesab edilən Kriştiano Ronaldo rəsmi “Facebook” səhifəsində maraqlı foto paylaşıb.
AZXEBER.COM-un məlumatına görə, portuqaliyalı futbolçu fotoda qısaqol köynəkdə dayanıb.
Maraqlı məqam isə köynəyin üzərindəki rənglərdir. Belə ki, ümumi rəngi ağ olan köynəyin ön hissəsində Azərbaycan bayrağını təsvir edən 3 rəngdə zolaq var: göy, qırmızı, yaşıl. Ulduz futbolçu bu fotonu profil şəkli edib.
Qeyd edək ki, Kriştiano Ronaldo “Facebook”da ən çox fanatı olan futbolçudur. Onun fan səhifəsini 56.4 milyon insan bəyənib. Ronaldo bu göstəricidə barışmaz rəqibi Messini (44.3 milyon) də üstələyir.