Kristiano Ronaldonun 13 illik məhkəməsi ilə bağlı iş yekunlaşıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Nevadalı Kathryn Mayorga adlı qadın Kristiano Ronaldonun 2009-cu ildə Las-Veqasda ona təcavüz etdiyini iddia edib. Susmaq üçün 375 min dollar aldığını iddia edən qadın təzminat üçün məhkəməyə müraciət edib.
ABŞ-ın Las-Veqas şəhərində 25 yaşında Kathryn Mayorga adlı modelə təcavüz etdiyi iddia edilən Kristiano Ronaldonun mühakimə olunduğu məhkəmə keçirilib. Hakim 2009-cu ildə baş vermiş hadisəyə görə təzminat tələbini rədd edib.
Qeyd edək ki, portuqaliyalı ulduz vaxtikən bu iddiaları təkzib edib.
Ayşən