Kriştianu Ronaldu yenə çılpaq reklama çəkildi - FOTO

DÜNYA
13:53 13.02.2016
1950

İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldu "Qızıl Top" mükafatı uğrunda mübarizəni "Barselona"nın argentinalı ulduzu Lionel Messiyə uduza bilər, dünyanın ən bahalı avtomobilini hərracda almağa gecikər və bu avtomobili Messinin necə almasına baxar - amma o, Messidən daha çox reklama çəkilir.

Üstəlik, Messidən fərqli olaraq Ronaldu reklamlarında yarıçılpaqdır.

Kriştianu Ronaldu özünə məxsus CR7 brendinin yeni kişi alt paltarı kolleksiyasının reklamına çəkilib.

Fotosessiya parlaq və koloritli alınıb.

"Reklam kampaniyasında kətan qismində bədənimdən istifadə etdik. Mənimçün yeni, hətta şən bir təcrübə idi. Əvvəlcə həyəcanlı idim, amma beş dəqiqə sonra özümü əla hiss etdim. Doğrudur, çəkilişlərin sonuna yaxın parlaq piqmentlər bədənimdə, saçlarımda, hətta gözlərimdə idi", - Ronaldu deyib.

Futbolçu CR7 brendinin ilk kolleksiyasını 2013-cü ildə təqdim edib. Brendin kreativ direktoru amerikalı dizayner Riçard Çaydır.

milli.az

OXŞAR XƏBƏRLƏR