Körpələrə işgəncə verilən “Sevgi evi” sığınacağının rəhbərinin məhkəməsi başladı

Körpələrə işgəncə verilən “Sevgi evi” sığınacağının rəhbərinin məhkəməsi başladı
SOSİAL
22:50 31.03.2023
308
Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı iddia olunan "Sevgi evi” qadın və uşaq sığınacağının rəhbəri Könül Qasımova barədə Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə başlanılan cinayət işinin istintaqı yekunlaşıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, 10 may 2022-ci il tarixində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən sığınacağın rəhbəri Könül Qasımova barədə cinayət işi açılaraq araşdırma aparılırdı. Bir neçə ay sonra qalmaqallı olayla gündəmə gələn "Sevgi evi”nin müvəqqəti bağlandığı, sığınacaqdakı uşaqların isə ailə üzvlərinə və yaxınlarına təhvil verildikləri bildirilmişdi.

Bu açıqlamanı isə sığınacağın sahibi Könül Qasımovanın atası, Ağdam Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Zülfü Qasımov bəyan etmişdi. Amma sığınacaq bağlanmayıb və indi də fəaliyyətdədir.

Sığınacaq sahibi Könül Qasımova, əvvəl olduğu kimi, indi də sosial şəbəkələrdəki səhifələrindən "Sevgi evi”nə maddi dəstək göstərmələri üçün Azərbaycandakı və ölkə xaricindəki xeyriyyəçi şəxslərə çağırışlar edərək, sığınacağın aylıq kirayə haqqı, kommunal tələbatları və orada yaşayan kiçik sakinlərinin sosial təminatı üçün hesab kartları paylaşır.
Onu da bildirək ki, "Sevgi evi” sığınacağında "Totu” ləqəbli sağlam uşağın iki il ərzində döyülərək acınacaqlı hala düşməsi, hətta ölümə tərk edildiyi iddia olunurdu.

İddialarla razılaşmayan Könül Qasımova ona böhtan atıldığını, ittihamla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirmişdi.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsinə görə nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası iki il, ağırlaşdırıcı hallarda iki ildən beş ilədək nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu