Körpəni vuran bağça tərbiyəçisinin kimliyi bəlli oldu - RƏSMİ

Körpəni vuran bağça tərbiyəçisinin kimliyi bəlli oldu - RƏSMİ
SOSİAL
10:46 14.01.2022
660

"İsmayıllı rayonunda uşaq bağçalarının birində baş verən hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu həmin bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır".

Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O deyib ki, üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi - müəlliməsi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib.

Həmin şəxs ailəlidir, 2 övladı var.

"Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək", - DİN rəsmisi vurğulayıb.

OXŞAR XƏBƏRLƏR