KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı

KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı təcili iclas çağırdı
SİYASƏT
13:26 13.07.2020
1268

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zas Azərbaycan - Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb.

"İyulun 12-də Ermənistan-Azərbaycan sərhədində, Tovuz istiqamətində qarşıdurma ilə əlaqədar KTMT-nin baş katibi Stanislav Zas iyulun 13-ü KTMT-nin Daimi şurasını təcili iclasa çağırıb”, - məlumatda deyilir.

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralanan hərbi qulluqçumuz - əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
15:51 30.06.2025
İranda İsrailin hücumlarında ölənlərin sayı 935 nəfərə çatıb
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
15:38 30.06.2025
Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
15:29 30.06.2025
Səfərov qardaşları sabah Ağcabədidə dəfn ediləcəklər
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
15:25 30.06.2025
Intiqam Kərimov:"Elza məndən dərs almaq istədi, qəbul etmədim"
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
15:17 30.06.2025
Kəngərliyə köçən ailələrə mənzillərin açarları verildi - FOTO
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
15:14 30.06.2025
Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
15:05 30.06.2025
Ədliyyə Nazirliyi qohum nikahların qarşısının necə alınacağına aydınlıq gətirib
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
14:48 30.06.2025
Yekaterinburqda öldürülən iki azərbaycanlının nəşi qohumlarına təhvil verilib - VİDEO
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
14:32 30.06.2025
Peskovdan Azərbaycanla bağlı AÇIQLAMA
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
14:29 30.06.2025
Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
14:26 30.06.2025
Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 399 nəfərə çatıb
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
14:25 30.06.2025
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
14:24 30.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi bu saatda Bakıya gətirilicək
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
14:09 30.06.2025
Rusiya Ombudsmanı Yekaterinburqda azərbaycanlılara hücumlarla bağlı Baş Prokurorluğa müraciət edib
İranda zəlzələ olub
13:50 30.06.2025
İranda zəlzələ olub
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:45 30.06.2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib