KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcək

KTMT Mərkəzi Asiyada hərbi təlimlər keçirəcək
DÜNYA
18:34 20.08.2024
175
Yaxın həftələrdə Mərkəzi Asiya ölkələrində regionda sabitliyin qorunmasına yönəlmiş bir sıra hərbi təlimlər keçiriləcək.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan deyib.

O qeyd edib ki, Rusiya Avrasiya məkanında sabitliyin qorunmasına cavabdeh olan hərbi-siyasi ittifaqların potensialını gücləndirmək üçün səylərini davam etdirir.

"Xüsusilə Əfqanıstandakı vəziyyət nəzərə alınmaqla, Mərkəzi Asiya regionunda sabitliyin qorunması məqsədilə Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazisində silsilə hərbi təlimlərin keçirilməsi planlaşdırılır”, - M.Aqasandyan bildirib.
OXŞAR XƏBƏRLƏR