KTMT-nin Baş katibi dəyişdi

KTMT-nin Baş katibi dəyişdi
DÜNYA
17:32 23.11.2022
200
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi dəyişib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib.

O bildirib ki, Stanislav Zas KTMT-nin Baş katibi kimi üçillik fəaliyyətini başa vurub: "Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir.
 
///Report
OXŞAR XƏBƏRLƏR