KTMT-nin baş katibi: Qazaxıstanda baş verənlər ölkə üçün real təhlükə yaradır

KTMT-nin baş katibi: Qazaxıstanda baş verənlər ölkə üçün real təhlükə yaradır
DÜNYA
23:24 06.01.2022
330
Qazaxıstanda baş verən hadisələr respublikanın təhlükəsizliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas "RİA Novosti”yə bildirib.

"Hazırda orada baş verən hadisələr ölkənin təhlükəsizliyinə, sabitliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır. Ona görə də belə müraciət daxil olub, dövlət başçıları arasında təxirəsalınmaz məsləhətləşmələr aparılıb və bundan istifadə etmək üçün müvafiq qərar qəbul edilib. KTMT-nin sülhməramlı potensialı bu təhdidləri minimuma endirmək, lokallaşdırmaq üçündür", - Zas deyib.
OXŞAR XƏBƏRLƏR