“KTMT-nin münaqişəyə müdaxiləsindən danışmaq düzgün deyil” - Rəsmi Moskva

“KTMT-nin münaqişəyə müdaxiləsindən danışmaq düzgün deyil” - Rəsmi Moskva
DÜNYA
14:42 23.10.2020
695

"Münaqişə Dağlıq Qarabağ ərazisində olduğu və Ermənistanın ərazisinə keçmədiyi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə müdaxiləsi barədə danışmaq düzgün deyil”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin açıqlama verib.

 

"Münaqişə əraziyə keçməyib, Ermənistandan heç bir rəsmi müraciət olmayıb. KTMT üzv ölkələrə müəyyən təcavüz olduqda kömək edir. Ermənilər özləri tərəfindən ərazilərinin bir hissəsi kimi tanınmayan və yəqin ki, heç vaxt tanınmayacaq Dağlıq Qarabağdan bəhs edərkən, KTMT-nin müdafiə potensialından istifadə barədə danışmaq düzgün deyil”,- deyə Pankin qeyd edib.

OXŞAR XƏBƏRLƏR