KTMT-nin rus sülhməramlılarının ilk bölməsi Qazaxıstandan qayıtdı

KTMT-nin rus sülhməramlılarının ilk bölməsi Qazaxıstandan qayıtdı
DÜNYA
23:44 13.01.2022
448
Qazaxıstana sülhməramlı missiyanı yerinə yetirmək üçün yollanan Rusiya hərbçilərinin  bir hissəsi geri qayıtmağa başlayıblar.

AZXEBER.COM RİA agentliyinə istinadən xəbər verir ki, KTMT tərkibində xidmət edən hərbçilər 4 ədəd "İl-76md" təyyarəsi ilə dislokasiya məntəqəsinə qayıdıblar.

Qeyd edək ki, cari ilin ilk günlərində qazın qiymətinin bahalaşması səbəbilə Qazaxıstanda başlayan kütləvi etiraz aksiyaları prezident Kasım-Jomart Tokayevi KTMT hərbçilərinin ölkəyə gəlməsi məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciət etməsinə məcbur etmişdi.
OXŞAR XƏBƏRLƏR