"KTMT-nin, Rusiyanın Qazaxıstana daxil olması düzgün deyil" - Deputat

"KTMT-nin, Rusiyanın Qazaxıstana daxil olması düzgün deyil" - Deputat
SİYASƏT
14:25 08.01.2022
721
"Bir müstəqil dövlət öz təhlükəsizliyini qorumağı bacarmalıdır, hər hansı başqa dövlətin qoşunlarının ölkəyə daxil olması düzgün deyil".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov KTMT-yə üzv dövlətlərin Qazaxıstan sülhməramlı adı altında daxil olması məsələsinə münasibət bildirərkən deyib. 

Deputat qeyd edib ki, hər hansı bir müstəqil dövlətin ərazisinə digər dövlətlərin hərbi hissələrinin daxil olması xoşagəlməz bir haldır:

"Rusiya sülhməramlı adı altında Qazaxıstana daxil oldu, amma bu da özbaşına deyildi, bu çağırışı Qazaxıstan prezidenti Tokayev özü etdi. Təkcə Rusiya yox, KTMT-yə üzv olan digər ölkələr də öz hərbi qüvvələrini Qazaxıstana göndərdi. Qazaxıstandakı vəziyyət hamıya məlumdur, gərək bu hadisələr baş verməyəydi. 

Qazaxıstan dövləti özü öz təhlükəsizliyinin təmin olunması üçün əvvəlcədən tədbirlər görəydi. Bir müstəqil dövlət bunu etməyi bacarmalıdır, hər hansı başqa dövlətin qoşunlarının ölkəyə daxil olması düzgün deyil. 

Deputat deyib ki, Qazaxıstandakı aksiyalar təsadüfi deyil: 

"Qazaxıstan prezidentinin bir-birinin ardınca verdiyi bəyanatlardan belə məlum oldu ki, bunlar hər hansı bir qiymət artımı ilə bağlı olan deyil, bunlar xaricdən hazırlanmış təcavüz, aqressiyadır və bu iğtişaşların başlanması, orada iştirak edənlər xüsusi hazırlanmış qüvvələrdir. Bunları Qazaxıstan prezidenti Tokayevin verdiyi bəyanatlara əsaslanaraq səsləndirirəm. Yəni, prezident deyir ki, təkcə Almatadakı aksiyaları 20 min quldur xüsusi hazırlanmış qruplar edib. Hər hansı bir müstəqil dövlətin ərazisinə digər dövlətlərin hərbi hissələrinin daxil olması xoşagəlməz bir haldır. Qazaxıstan prezidenti bunu belə əsaslandırdı, hadisələrin ilk anından bəyanat verdi ki, biz bunların qarşını almaqda çətinlik çəkirik və ona görə də KTMT-yə müraciət etdik. Sonra da təşkilat rəhbərlərinə öz razılığını bildirdi və təşəkkür etdi".

E.Məmmədovun sözlərin görə, Qazaxıstanda vəziyyətin bu cür kritik məqama çatdırılmamasında xarici qüvvələr də məsuliyyət daşıyır:

"Bütün bunlar Qazaxıstan üçün sonradan nəyə çevriləcək və onun müstəqilliyi məsələsində hansı mənfi hallar baş verəcək bunu da gedişat göstərəcək. Ancaq qeyd etmək lazımdır ki, belə hallara yol verib dövlətə qarşı arzuolunmaz vəziyyət yaradan qüvvələr gərək fikirləşəydilər, bu halın baş verməməsi üçün dövlət rəhbərinin məcbur olub iğtişaşları yatırmaqda xarici qüvvələrə müraciət etməməsi üçün özləri gərək vəziyyəti bu həddə çatdırmayaydı. Dinc şəraitdə müraciət, etirazlar təbiidir və dövlətlə, hökumətlə danışıqlar aparılmalı, məsələlər yoluna qoyulmalı idi. Amma vəziyyətin bu cür kritik məqama çatdırılmamasında həmin qüvvələr də məsuliyyət daşıyır. Əgər Qazaxıstanın bu məsələlərlə bağlı müstəqilliyinə xələl gələcəksə, bu təkcə Tokayevin deyil, həm də onu məcbur edən xarici qüvvələrin ölkəyə daxil olmasında məcburiyyət daşıyan iğtişaşçıların da məsuliyyətidir. Xaricdən təsir göstərir qüvvələri də məsuliyyətidir. Hesab edirəm ki, bütün bu hadisələr, KTMT-nin, Rusiya qüvvələrinin Qazaxıstana daxil olması arzuolunmazdır. Çünki hər hansı bir dövlətin ərazisində xarici hərbi qüvvələrin daxil olması bütün hallarda yolverilməzdir".

Onu da qeyd edək ki, sülhməramlıların vəziyyət sabitləşənə qədər Qazaxıstanda qalacaqları bildirilir. KTMT-nin Qazaxıstana daxil olmasına münasibət bildirən ABŞ-ın Dövlət Katibi isə bildirib ki, Qazaxıstan KTMT-nin iştirakı olmadan iğtişaşlara qarşı mübarizə aparmağa qadirdir.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR