Kubilay Aka eşq dedi-qodularına cavab verdi

Kubilay Aka eşq dedi-qodularına cavab verdi
MAQAZİN
23:13 11.02.2024
260
Türk aktyor Kubilay Aka aktrisa Dilan Çiçek Deniz ilə haqlarında çıxan eşq xəbərlərini yalanlayıb.

Kubilay Dilanla çox yaxşı dost olduqlarını deyib.

"Məni bacımla belə yazıblar. Yan-yana dayandığım hər qadınla sevgili deyiləm. Dilan mənim üçün çox dəyərlidir. Çox yaxşı dostuq. Bu mövzuda heç bir açıqlama etməyəcəm. Bir çox insanlaa yazırlar, amma heç vaxt təxmin etdikləri biriylə olmamışam. Təxmin edə bilmədikləri olub", - deyə, o, bildirib.

Qeyd edək ki, Dilan Çiçek Deniz Kubilayın yaxın dostu Mert Yazıcıoğlu ilə bir müddət eşq yaşayıb.
 
Aysel
OXŞAR XƏBƏRLƏR