Küçədə alt paltarında gəzən reper həbs edilib

Küçədə alt paltarında gəzən reper həbs edilib
MAQAZİN
12:13 22.08.2025
248
Məşhur amerikalı reper Lil Nas X Los-Anceles küçələrində qeyri-adi gəzintidən sonra həbs olunub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veir ki, musiqiçi alt paltarında və kovboy çəkmələrində şəhər gəzintisinə çıxıb.
 
Onun çılpaq şəkildə gəzdiyini görən və narahat olan sakinlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Hadisə yerinə gələn polis əməkdaşları sənətçini saxlamağa çalışsalar da, o, müqavimət göstərib. 

Həbs olunan reper zabitlərə hücum edib. Onun narkotik vasitələrin təsiri altında olduğu müəyyən olunandan sonra xəstəxanaya yerlşdirilib.

Xatırladaq ki, reper aprel ayında qəfil üz iflici keçirərək xəstəxanaya yerləşdirilmişdi. 
 
Aysel

OXŞAR XƏBƏRLƏR