Kuleba: “Müharibədən sonra Qərbin Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı”

Kuleba: “Müharibədən sonra Qərbin Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı”
DÜNYA
19:36 02.07.2023
193
"Müharibədən sonra Qərbin Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Politico”, "Bild” və "Welt”ə müsahibəsində deyib.

"Müharibənin sonunda Avropanın Ukraynanı NATO-ya qəbul etməməsi intihar olardı, çünki bu, müharibə variantının açıq qalması deməkdir. Ukraynanın NATO-ya daxil olması Rusiyanı bir daha silahlı təcavüzü təkrarlamamağa məcbur edəcək.

Rusiyanın Avropaya və bütövlükdə Avro-Atlantik məkana qarşı təcavüzünün qapısını bağlamağın yeganə yolu Ukraynanı NATO-ya qəbul etməkdir, çünki Rusiya bu təcrübəni bir daha təkrarlamağa cəsarət etməyəcək”- deyə, o bildirib.
OXŞAR XƏBƏRLƏR