Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Bu barədə D.Kuleba tviterdə yazıb.
Bildirilib ki, Blinken Yeni Dehlidə keçirilən G-20 ölkələrinin xarici işlər nazirlərinin iclası barədə həmsöhbətini məlumatlandırıb.
Tərəflər həmçinin Rusiyanın hücumları ilə bağlı Xüsusi Tribunalın yaradılmasını müzakirə ediblər: "Bizim növbəti böyük öhdəliyimiz koordinasiyalı səylər nəticəsində Rusiya rəhbərliyinin məsuliyyətini təmin etməkdir”.