Kuleba və Blinken Rusiyanın məsuliyyətə cəlb olunmasını müzakirə edib

Kuleba və Blinken Rusiyanın məsuliyyətə cəlb olunmasını müzakirə edib
SİYASƏT
13:59 03.03.2023
269
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bu barədə D.Kuleba tviterdə yazıb.

Bildirilib ki, Blinken Yeni Dehlidə keçirilən G-20 ölkələrinin xarici işlər nazirlərinin iclası barədə həmsöhbətini məlumatlandırıb.

Tərəflər həmçinin Rusiyanın hücumları ilə bağlı Xüsusi Tribunalın yaradılmasını müzakirə ediblər: "Bizim növbəti böyük öhdəliyimiz koordinasiyalı səylər nəticəsində Rusiya rəhbərliyinin məsuliyyətini təmin etməkdir”.
OXŞAR XƏBƏRLƏR