Küləkli hava bu vaxtadək davam edəcək

Küləkli hava bu vaxtadək davam edəcək
SOSİAL
11:07 27.08.2025
241
Azərbaycanda müşahidə olunan küləkli hava avqustun 29-u gündüzədək davam edəcəyi gözlənilir.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkə ərazisinin əksər rayonlarında hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə Quba və Qusarda qısamüddətli yağış yağıb (1 mm).

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Culfada 21, Neftçalada 20 m/s-dək güclənir.
OXŞAR XƏBƏRLƏR