Küləyə sovrulan milyonlar: Xaləddin İsgəndərovun təpələri sökülür - FOTOLAR

Küləyə sovrulan milyonlar: Xaləddin İsgəndərovun təpələri sökülür -  FOTOLAR
SİYASƏT
16:48 23.08.2015
7961

Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı-Sumqayıt magistral yolunun kənarında saldığı təmtaraqlı təpələr sökülür. Söküntü işlərinə bu gün başlanılıb. Artıq 200 metrə yaxın ərazi sökülüb.

Musavat.com-un müxbiri bu gün adıçəkilən ərazidə olub və milyonlarla manat vəsait hesabına başa gələn bu yaşıllığın sökülməsinin səbəbləri ilə maraqlanıb.

Qeyd edək ki, hazırda burada ağır texnikalar işləyir. Söküntü işlərinə “Avtovağzal” istiqamətində başlanılıb.

Ərazidə İcra Hakimiyyətinin nümayəndələri olmadığından söküntü işlərini aparan Faiq adlı şəxslə həmsöhbət olduq. Qazıntı işi aparan şəxs bildirdi ki, bu təpələrin yerində metronun “Avtovağzal” stansiyasının keçidi olacaq:“Təqribən 200 metrə yaxın ərazini sökəcəyik. Bu təpələrin yerində metro keçidi olacaq. Burada dayanacaqlar yaradılacaq. Sakinlər “Avtovağzal” metrostansiyasına keçidlər vasitəsi ilə keçəcəklər. Yalnız keçid üçün nəzərdə tutulan ərazini sökəcəyik”.

Təpələrin söküntüsü zamanı ehtiyatsızlığa yol verildiyindən yol kənarında yerləşən ağaclara da ziyan dəyib.

Metro keçidi üçün yolun digər tərəfində də iş aparılır. Orada da ağaclar məhv edilib, bir çoxu torpağın altında qalıb.

Söküntü işləri səbəbindən magistral yolun bir hissəsinin qapadılması nəqliyyatın hərəkətinə də mane olub. Yolda tıxac yarandığından avtomobillərin hərəkətinin intensivliyi azalıb.

Bundan əlavə, körpünün üzərindəki avtobus dayanacağının ləğv edildiyindən xəbərdar olmayan sərnişinlər orada gözləməli olublar. Binəqədi bələdiyyəsinin xəbərdarlıq lövhəsi vurulsa da, vətəndaşlar yolu bağlayan əngəlin üzərindən keçməklə dayanacağa gəlirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı