Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarıldı - VİDEO
KRİMİNAL
11:44 30.08.2021
452
Gəncədə qanunsuz narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İbrahim Qocayev saxlanılaraq Şəhər Baş Polis İdarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan qurdulmuş marixuana aşkar edilərək götürlüb. Saxlanılan şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində gizlətdiyi 3 kq 895 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamqda şübhəli bilinən şəhər sakini Tərlan Hüseynov saxlanılan zaman onun üzrəindən narkotik maddə olan heroin aşkarlanıb.

Baş İdarənin (Gəncə şəhəri) Nizami rayon Polis İdarəsinin əməkdaşları qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Mehti Məmmədov və Pərvin Sadıqovu saxlayıblar, hər birnin üzərindən narkotik maddə olan heroin aşkar edilibb.

Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşları isə qanunsuz olaraq narkotik maddə olan metamfetamin və marixuana əldə edib saxlmaqda şübhəli bilinən Vidadi İsgəndərovu saxlayıblar. Saxlanılan şəxsin yaşadığı evindən marixuana aşkar olunub.   

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının da keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Rasim Qasımov saxlanılıb.

Polis İdarəsində üzərindən narkotik maddə olan qurudulmuş marixuana aşkar edilən Rasim Qasımov narkotik vasitə istifadəçisi olduğunu, özü üçün şəhər ərazisində narkotik maddə gizlətdiyini etiraf edib. Polis əməkdaşları həmin əraziyə baxış keçirib və oradan 1 kq-dan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürlüb.

Qeyd edək ki, ötən həftə ərzində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 12 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar edilən faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, faktlarla bağlı araşdırmalar davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ersin Tatar Azərbaycana gəldi
12:10 02.07.2025
Ersin Tatar Azərbaycana gəldi
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
12:05 02.07.2025
İsrail Qəzzada daha 29 fələstinlini öldürdü
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
11:55 02.07.2025
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə gəldi
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
11:47 02.07.2025
“Media haqqında” qanuna bu dəyişikliklər ediləcək
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
11:43 02.07.2025
Birbank "Bahar" lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
11:27 02.07.2025
Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzadıb
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
11:20 02.07.2025
Hava ilə bağlı yeni xəbərdarlıq – Yaxın 20 gündə…
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
11:09 02.07.2025
Reyestrdən keçməyən çap media subyektlərini - 5 min cərimə gözləyir
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
11:06 02.07.2025
"Belə bir dünyada yaşamaqdan qorxuram" - Nura Suri
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
11:04 02.07.2025
Qəzza xəstəxanalarında elektrik və yanacaq böhranı: Fəlakət qaçılmazdır
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
11:01 02.07.2025
İlqar Səfərov: Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda baş verənlərə hələ ki rəsmi mövqe bildirməyib
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
10:59 02.07.2025
Günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
10:59 02.07.2025
"Çox çalışsam da evimi kredit ilə almışam"- Gülbenden etiraf
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
10:49 02.07.2025
AZAL təyyarəsinin ekspertizasının nəticələri yaxın zamanda açıqlana bilər
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
10:42 02.07.2025
Braziliyada təlim təyyarəsi qəzaya uğradı - iki nəfər ölüb
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib
10:40 02.07.2025
Boşanma ərəfəsində olan məşhur model yeni sevgilisi ilə görüntülənib