"Barselona"nın müvəqqəti baş məşqçisinin adına aydınlıq gəlib.
Kataloniya təmsilçisini Serxi Barxuan çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 49 yaşlı mütəxəssis bunadək "Barselona"nın B komandasını çalışdırırdı.
Barxuan dünən istefaya göndərilən Ronald Kumanı əvəz edib.