Kür çayından qadın meyiti tapıldı

Kür çayından qadın meyiti tapıldı
HADİSƏ
23:23 02.09.2025
477
Kür çayının Sabirabad rayonunun keçən hissəsindən qadın meyiti tapılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı kəndində qeydə alınıb.

Məlum olub ki, meyiti tapılan şəxs Şirvan şəhər sakini, 29 yaşlı Aytən Elçin qızı Abdullayevadır. Onun hansı şəraitdə Kür çayında boğulduğu hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. 
OXŞAR XƏBƏRLƏR