Kürdə on gün əvvəl batmış 6 yaşlı oğlanın meyiti tapıldı

Kürdə on gün əvvəl batmış 6 yaşlı oğlanın meyiti tapıldı
SOSİAL
16:07 15.09.2017
821
On gün əvvəl Kürdə batan şəxsin meyiti tapılıb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, sentyabrın 6-da Kür çayının Yevlax rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun axtarışları başa çatıb.
 
O.Hətəmzadənin cəsədi sentyabrın 15-də Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

OXŞAR XƏBƏRLƏR