Kürdəmir sakinləri icra başçısının əlindən yardım dilədilər: ''Görünür bizim pulları çox mənimsəyəcək"

Kürdəmir sakinləri icra başçısının əlindən yardım dilədilər:
SOSİAL
14:11 02.11.2016
3268
 Kürdəmir rayonunun Yenikənd kənd sakinləri AZXEBER.COM-a müraciət edib.
 
Onlar yolllarının bərbad vəziyyətdə olduğunu və hər kəsin buna göz yumduğunu bildiriblər. Sakinlərin şikayətini olduğu kimi çatdırırıq:
 
"Biz Yenikənd kənd sakinləri Azərbaycan Respublikasının Konstitusiyasının biz verdiyi hüquqla aiddiyyatı orqanlara yollarımızın bərbad olması səbəbilə müraciət edirik. Məlumat üçün bildiririk ki, Yenikənd inzibati ərazi vahidliyi Kürdəmir rayonunun ən böyük yaşayış məntəqələrindən biridir. Və bu inzibati ərazi vahidliyində təqribən on min nəfər qədər əhali yaşayır. Bu kənd rayon mərkəzinə yaxın olması səbəbilə rayonun ən işlək yollarından biridir. Və bu yol 5 (beş) kəndi bir-biriniə birləşdirən bir yoldur.
 
Artıq biz Yenikənd kənd sakinləri uzun illərdir ki, yollarımızın çox bərbad vəziyyətdə olmasından əziyyət çəkirik. Yolun bərpası üçün dövlət büdəcəsindən vəsaitlər ayrılsa da rayon icra hakimiyyəti tərəfindən mənimsənilib. Kənd sakinləri Kürdəmir rayon İcra başçısı Ceyhun Cəfərovun formal xarakterli qəbulunda iştirak etsə də yolun təmiri ilə bağlı heç də müsabət ürəkaçan vəd verilməyib. Görünən odur ki, Kürdəmir rayon İcra hakimiyyəti Yenikənd kəndinin yollarına ayrılan vəsaitləri hələ çox mənimsəyəcək. Məlumat üçün digər bir nüansı da diqqətinizə çatdıraq.
 
Kürdəmir rayonun kəndləri olan Axtaçı, Mollakənd, Carlı və digər ucqar kəndlərin yolları artıq bir neçə illərdir ki, müasir asfalt örtüyü ilə təmin olunub. Amma nə səbəbdəndirsə Kürdəmir rayon İcra hakimiyyətində Yenikənd kənd sakinləri ögey, yad münasibət bəslənilir. Biz aidiyyatı cavabdeh dövlət orqanlarından tələb edirik ki, yollarımızın bərbad vəziyyətdə olmasını bilavasitə gəlib yerində tanış olasunlar.
 
Görsünlər biz kənd sakinləri nə zülmlər, nə əziyyətlər çəkirik. Ən qısa zamanda 5 kəndi birləşdirən və on min əhalinin yaşadığı kədnə yeni yol çəkilməsini tələb edirik".
OXŞAR XƏBƏRLƏR