Kürdəmirdə 16 yaşlı qız nişanlanıb - DİN-dən açıqlama

Kürdəmirdə 16 yaşlı qız nişanlanıb - DİN-dən açıqlama
SOSİAL
10:01 17.11.2022
109
Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, faktla bağlı Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur.

"Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olduğu onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olduğu məlum olub. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək övladlarının hal-hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyi bildiriblər", - DİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə Kürdəmirdə məktəbli qızın nişanlanması ilə bağlı paylaşım etmişdi.
OXŞAR XƏBƏRLƏR