Kürdəmirdə 17 yaşlı qadın doğuşdan sonra ölüb

Kürdəmirdə 17 yaşlı qadın doğuşdan sonra ölüb
SOSİAL
16:56 06.11.2022
185
Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayeva qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR