Kürdəmirdə 6 otaqlı ev yandı

Kürdəmirdə 6 otaqlı ev yandı
SOSİAL
11:34 06.03.2026
198
Kürdəmirdə 6 otaqlı fərdi yaşayış evi tamamilə yanıb.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 380 kv metr, 6 otaqdan ibarət olan ikimərtəbəli ev əşyaları ilə birlikdə yanıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub və alovun ətrafa yayılmasının qarşısı alınıb.

Hazırda yanğının başvermə səbəbi araşdırılır.
OXŞAR XƏBƏRLƏR