Kürdəmirdə ağır yol qəzası baş verdi - ölənlər və yaralananlar var

Kürdəmirdə ağır yol qəzası baş verdi - ölənlər və yaralananlar var
SOSİAL
21:14 01.03.2020
2391
Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza zamanı 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb. Qəza zamanı Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib.

Qəza zamanı xəsarət alan digər 2 nəfərin vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. "Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
OXŞAR XƏBƏRLƏR