Kürdəmirdə avtomobil 20 yaşlı piyadanı vuraraq öldürdü

Kürdəmirdə avtomobil 20 yaşlı piyadanı vuraraq öldürdü
SOSİAL
09:00 22.05.2023
112
Kürdəmirin Muğanlı kəndində yol-nəqliyyat hadisəsində ölən piyadanın kimliyi məlum olub.

AZXEBER COM report-a istinadən xəbər verir ki, bu, rayonun Yeni qəsəbə sakini, 2003-cü il təvəllüdlü Rzayev Elmir Vidadi oğludur.

Qeyd edək ki, E.Rzayev yolu keçərkən "Reno” markalı avtomobil onu vurub.

Ağır xəsarət alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
OXŞAR XƏBƏRLƏR