Kürdəmirdə avtomobil 72 yaşlı motosikletçini vuraraq öldürüb

Kürdəmirdə avtomobil 72 yaşlı motosikletçini vuraraq öldürüb
HADİSƏ
18:13 28.03.2025
249
Kürdəmirdə avtomobil motosikletçini vuraraq öldürüb.

Hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, həmin yolda dönmə əməliyyatını həyata keçirən Ramin Bayramovun sürdüyü "Changan" markalı avtomobil hərəkətdə olan motosikleti vurub.

Hadisə nəticəsində motosikletin sürücüsü Şamaxı rayon sakini, 1953-cü il təvəllüdlü Tahir Əkbərov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR