Kürdəmirdə dəhşətli qəza: Üç nəfər ölüb - VİDEO

Kürdəmirdə dəhşətli qəza: Üç nəfər ölüb - VİDEO
SOSİAL
17:11 14.08.2021
525
Kürdəmir rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 43 yaşlı Rauf Məmmədovun idarə etdiyi yükdaşıma xidmətinə məxsus "Mercedes” markalı iritutumlu yük maşını Kürdəmir istiqamətində hərəkətdə olarkən "Mercedes” markalı digər avtomobil arxadan ona çırpılıb.

Nəticədə minik maşınında olan sərnişinlərdən 3 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR